“Rufo Gəncinski”nin adını verib köşklərdən pul yığırmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda kriminal avtoritetin adından istifadə etməklə köşklərdən pul toplayan Mehdi Abbaszadənin məhkəmə araşdırması başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Təqsirləndirilən şəxs zərərçəkmiş qismində tanınmış köşk sahiblərinin şikayəti əsasında həbs edilib.
İttihama görə, Mehdi özünü Rusiyada yaşayan kriminal avtoritet Ülfət Tağıyevin ("Rufo Gəncinski") yaxını kimi təqdim edərək "haqq" tələb edib.
Zərərçəkmişlərdən biri-Cahid Hacıyev ifadəsində deyib ki, işçisi ona zəng edərək bir nəfər tanımadığı adamın onunla görüşmək istədiyini deyib. Uzaqda olduğu üçün köşkə gələ bilməyib. Həmin şəxs işçisinin yanında köşkdən 600 manat götürüb gedib.
Köşkün işçisi Vüqar Quliyev özü də məhkəmədə ifadə verib. Deyib ki, Mehdi ona "Rufo Gəncinski"nin adamı olduğunu deyərək hədə-qorxu gəlib: "Dedi ki, pul verməsən, köşkü dağıdacağıq. Mən də qorxdum, heç nə deyə bilmədim. Kassadan 600 manat götürüb getdi".
Təqsirləndirilən şəxs bundan başqa, yeraltı keçidlərdə yerləşən bir neçə köşkə daxil olaraq hədə-qorxu ilə tələbetmə yolu ilə pul alıb.
Azər Tağıyevin sədrlik etdiyi məhkəmə tərkibi təqsirləndirilən şəxsə quldurluq, hədə-qorxu ilə tələbetmə və dələduzluq maddələri ilə verilmiş ittihamları əsaslı hesab edib.
Hökmə əsasən, M.Abbaszadə 6 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ülfət Tağıyev mərhum qanuni oğru Rövşən Lənkəranskinin sağ əli kimi tanınıb. O, Rusiyada həbsdə olub. 2021-ci ildə 8 illik cəzası başa çatdıqdan sonra azadlığa buraxılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
XƏBƏR LENTİ
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla qaydaları pozdu, saxlanıldı - (Video)
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”





