Bərdədə qaynı tərəfindən öldürülən Sədaqətin FOTOsu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:15
Bu gün saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 32 yaşlı Sədaqət İbrahimovanın öldürülməsi barədə məlumat daxil olub. Araşdırmalarla 29 yaşlı Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
.jpg)
Milli.Az Trend-ə istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Azər İbrahimovun atası Rəşid İbrahimov hadisənin bəzi təfərrüatlarını jurnalistlərə danışıb.
Onun sözlərinə görə, hadisə azyaşlının gözü önündə törədilib.
"Səhər-səhər idi, durdum. Gördüm ordan baltanı götürdü. Dedim yəqin gedir nəsə bir iş görməyə. Fikir vermədim. Sonra da balaca qız dedi ki, anamı öldürdü, anamı öldürdü. Girdim ki.... Onun epilepsiyası vardı. Məni də öldürəydi də, məni də vuraydı" - Rəşid İbrahimov əlavə edib.
Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.
--------
10:58
Bərdədə baş verən qətlin bəzi detalları məlum olub.
Milli.Az report-a istinadən xəbər verir ki, qətli törətməkdə təqsirləndirilən Azər Rəşid oğlu İbrahimov epilepsiya xəstəsi olub.
Qardaşı ilə bir yerdə yaşayan A.İbrahimov xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatlıq yaradırmış. Bu gün səhər ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı qardaşı arvadına balta ilə xəsarət yetirərək öldürüb.
----------
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Milli.Az-a Bərdə rayon prorurluğundan verilən xəbərə görə, avqustun 5-də saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sədaqət İbrahimovanın öldürülməsi barədə məlumat daxil olub.
Araşdırmalarla 1995-ci il təvəllüdlü Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.
----------
09:13
Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qaynı 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
XƏBƏR LENTİ
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq





