Ramin İsayevin işi üzrə şok yeyinti - 54 milyon
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"SOCAR-AQŞ" MMC-nin sabiq baş direktoru Ramin İsayevin 1 il davam edən ibtidai istintaqı başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqın gedişində cinayət işi üzrə başqa epizodlar üzə çıxıb.
R.İsayevin əməlləri nəticəsində dəymiş ziyan 4 dəfəyə yaxın artaraq (əvvəl 16 milyon idi-red) 54 milyon manat təşkil edib. Müəyyən edilib ki, eks-baş direktor qazancının həqiqi mənbəyini gizlətmək məqsədilə qeyd olunan pul vəsaitlərinin 16 milyon manat təşkil edən hissəsini təkrar leqallaşdırıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və israfetmə -xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yanaşı, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddələri ilə yekun ittiham verilib.
İş üzrə "SOCAR-AQŞ"dən başqa, "Abşeron Qazma" MMC və "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatına da zərər dəyib.
Bu günlərdə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin digər detalları ilə bağlı məhkəmə istintaqı dövründə məlumat verəcəyik.
Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə "SOCAR-AQŞ" MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən ilin iyulunda həbs edilib.
Sail Ağasəlim
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Rus model sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Kəllə sümüyünün yarısını itirib - (Fotolar)
XƏBƏR LENTİ
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)





