Dayının 7 yaşlı bacısı oğlunu döyüb öldürməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
18:19
Ağcabədidə dayının bacısı oğlunu döyüb öldürməsi ilə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.
Milli.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, ölən azyaşlının ana tərəfi Beyləqan, ata tərəfi isə Füzuli rayonundandır. Onlar Ağcabədinin Pərioğullar kəndinə fermada işləmək üçün gəliblər.
Məlumata əsasən, 7 yaşlı oğlan epilepsiyalı olub. Naməlum səbəbdən dayı bacısı oğluna əsəbiləşib və əlindəki ağacla başına zərbə endirib. Zərbənin təsirindən uşaq özündən gedib. Dayısı deyib ki, uşaq huşunu itirdiyi üçün onu yaxınlıqdakı ağacın altına aparıb. Düşünüb ki, sərinliyə aparsa, uşaq özünə gələcək.
O, əvvəlcə hadisədə bacısını da ittiham edib. Onun sözlərinə görə, bacısı da epilepsiyalı uşağının başına dəfələrlə vurub. Ancaq sonda dayı öz əməlini etiraf edib və uşağı özünün vurub öldürdüyünü boynuna alıb.
Qeyd edək ki, Ağcabədi rayonunun Pərioğullar kəndində fermada çoban işləyən kişi 7 yaşlı bacısı oğlunun başına ağacla zərbələr vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
---------------
12.06.2024
Ağcabədi rayonunda qətl hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rayonun Pərioğullar kəndinin ərazisində yerləşən fermada çoban işləyən İmişli rayon sakini 1985-ci il təvəllüdlü Natiq Babayev bacısı oğlu 2017-ci il təvəllüdlü Anar Əhmədovu ağacla döyərək öldürüb.
N.Babayev polislər tərəfindən saxlanılıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
XƏBƏR LENTİ
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan





