FETÖ ilə əlaqədə şübhəli bilinən şəxsin məhkəməsində ittiham aktı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilənlərdən biri - Döyrüş Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.
D.Cəfərov Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddət təşkilatın təbliğatını aparmaq, gənclərin təşkilata üzv olması istiqamətində addımlar atmaqda təqsirləndirilir.
Onun ünvanında aparılan axtarışlar zamanı FETÖ ideyalarını yayan radikal dini sənədlər, o cümlədən FETÖ ideyalarından bəhs edən slayd və odlu silah tapılıb.
Qeyd olunan əməllərə görə, ona qarşı Cinayət Məcəlləsinin 167.1-ci (dinə etiqad etməyə məcbur etmə) və 228-ci (qanunsuz soyuq silah gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Müttəhim Cəfərov ittihama münasibətdə özünü təqsirli bilməyib. Deyib ki, onun sözügedən məsələlərdən xəbəri yoxdur: "FETÖ işi ilə bağlı digərləri tutulanda mən Almaniyanın Frankfurt şəhərində idim. Buna baxmayaraq ölkəyə qayıtdım. Təqsirim olsaydı, qayıtmazdım. Mən ziyalı bir adamam, xarici ölkələrdə təhsil almışam. Mənə aid olan yalnız içində Fetullah Gülən ideyalarından da bəhs edilən slayddır".
Proses şahid ifadələri ilə davam edir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) ötən il FETÖ-yə qarşı xüsusi əməliyyat keçirib. Əməliyyatla FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, "Yurd" mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev həbs ediliblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti





