Prorektorun qətlinin sifarişində ittiham edilən sabiq rektor necə saxlanılıb? - YENİ DETALLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin mərhum prorektoru Tariyel Əhmədovun qətlə yetirilməsi faktı ilə bağlı sözügedən təhsil müəssisəsinin sabiq rektoru Müşfiq Atakişiyev saxlanılıb. Məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırılmaqla həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sabiq rektor prorektorun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. Sonuncu isə, həmkəndlisi ilə əlbir olaraq, Tariyel Əhmədovu qətlə yetirib.
"Yeni Sabah" Müşfiq Atakişiyevin saxlanılması ilə bağlı detalları öyrənib.
Məlum olub ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edildikdən sonra Müşfiq Atakişiyevin həbsinə qərar verilib.
Sabiq rektor Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iş otağında saxlanılıb.
Məlumat üçün bildirək ki, Müşfiq Atakişiyev 2022-ci ildən AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsində çalışır. O, professor Nazim İmanovun rəhbərlik etdiyi bu nəhəng elm ocağında əsas adam sayılırdı. İnstitutun direktoru sabiq deputat Nazim İmanov olsa da, quruma rəhbərliyi Müşfiq Atakişiyev həyata keçirirdi. Onun razılığı olmadan nə doktorluq, nə də namizədlik dissertasiyasının müdafiəsi mümkün olub. Hətta kadr təyinatlarına da birbaşa Müşfiq Atakişiyev rəhbərlik edib.
İş yoldaşlarından biri deyib ki, Müşfiq Atakişiyev saxlanılacağından tamamilə xəbərsiz olub. O, dünən yüksək əhvali-ruhiyyə ilə işə gəlib. Ənənəvi tapşırıqlarını verəndən sonra 16-18 noyabr tarixlərində "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yola düşməyə hazırlaşıb. Bu vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları professorun AMEA-dakı iş otağına daxil olaraq, onu həbs ediblər.
Məlumatlara görə, Müşfiq Atakişiyevin qəfil həbsi İqtisadiyyat İnstitutunun kollektivi arasında şok effekti yaradıb. Bu həbsdən ən çox narahat olan isə İqtisadiyyat İnstitutunun direktoru 69 yaşlı professor Nazim İmanovdur. Qocaman professorun hazırda karyerası ilə bağlı ciddi narahatlıq keçirdiyi bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti





