Kriminal

Bakıda keçmiş məhkum öldürüldü - Şübhəli şəıxs saxlanıldı - YENİLƏNİB

24 Oktyabr 2023 20:49
Baxış: 1 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda 51 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Səyavuş Nəriman oğlu Abbasov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

--------

18:03

Nəsimi rayonunda 51 yaşlı keçmiş məhkum Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.