Ən təhlükəli və güclü mafiyalar – Dünya liderlərinə hökm edənlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnterpolun səylərinə baxmayaraq, əlləri dünyanın ən ucqar nöqtələrinə belə çatan bəzi kriminal qruplaşmalar illər keçdikcə daha da güclənirlər.
Milli.Az lent.az-a istinadən dünyanın ən ən təhlükəli və ən güclü mafiyaları barədə məlumat verir.
_1691400472.webp)
Kamorra
İtaliyanın ən təhlükəli cinayətkar qruplaşmasıdır. 350 illik bir tarixə malikdir. Əsas mərkəzi Neapolda yerləşir. "Koza Nosa" mafiyasından fərqli olaraq bu mafiya siyasətə qarışmır, maliyyə-iqtisad məsələlərinə liderlik edir. Əsas gəlir mənbəyi narkotik ticarəti, reketçilik və qəribə olsa da zibil daşımalardan-tullantı biznesindən gəlir.
_1691400498.webp)
Bambuk ittifaqı
Çində mərkəzləşmiş bu qrupun Tayvan da daxil olmaqla, Asiya ölkələrində, hətta ABŞ-da da mərkəzləri var. Deyilənə görə, dikdator Kim Çen İn də onların qanadı altına sığınıb sağa-sola hökm edir. Bu mafiya kazinolara nəzarət edir, sifarişli qətllər törədir, borc verənlərlə borc alanlar arasındakı mübahisələri həll edir. Onların dünyanın bir çox liderlərinə söz keçirdikləri, əmrləri ilə bir çox siyasi gedişatları dəyişdiyi deyilir.
_1691400550.webp)
Mara Salvatruça
Başqa adı "Gəzən qarışqalar" olan bu mafiya Los-Anceles şəhərində ötən əsrin 80-ci illərində yaranıb. Şimali və Cənubi Amerikanın ən qəddar cinayətkar qruplşamasıdır. Əvvəllər ancaq salvadorlulardan ibarət idi, indi Nikaraqua, Meksika, Kolumbiya, Qvatemalada nə qədər cinayətkar varsa bu mafiyanın üzvüdür. Təşkilat bütün dünyadan 80 000 min nəfərdən çox insanı öz ətrafında birləşdirib.
Qətl, qarət, insan alveri, reketçilik, qeyri-leqal miqrasiyaya vasitəçilik, silah və narkotik alveri ilə məşğul olurlar. Qorxu yaratmaq üçün tez-tez qrup şəklində seksual təcavüz, kütləvi qətllər törədir, məşhur adamların orqanlarını kəsib mediada yayımladır, törətdikləri cinaytərin hay-küyə səbəb olmasına çalışırlar.
Yamaquti-qumi
Başqa sözlə Yakudza adlanan bu mafiyanın şöhrəti çoxdan ana vətəni Yaponiyanın sərhədlərini aşıb, dünyaya yayılıb. Məsələn ABŞ-da Yakudza rəhbərlərinə sankisyalar tətbiq edilir, onlarla istənilən şəkildə biznes əlaqələri qurmaq qadağan olunur. Yakudzanın tərkibindəki klanlar öz aralarında rəqabət halında olsalar da, başqa mafiyalara qarşı birləşməyi yaxşı bacarırlar. Bu mafiyaya üzv olmaq üçün müəyyən sınaqlardan keçmək şərtdir. Bu mafiya üzvlərinin bədənlərinə rəngli tatular döydürülür və hər birinin gizli mənası var. Mafiyasına qarşı səhv addım atmış yakudzalar bunun cəzasını bədən üzvləri ilə ödəyirlər. Barmaqları, qulaqları kəsilir, gözləri kor edilir və s.
_1691400620.webp)
Rusiyanın ən böyük mafiyalarından biri "Solnsevskaya OPQ" idi. Ötən əsrin 90-cı illərində yarandı və bütün Rusiya şəhərlərinə yayıldı. Əsasən bazarlarda reketlik edir, sifarişli qətllər törədir, insan oğurluğu, insan alveri ilə məşğul olurdular. Amerikalı və italiyalı mafiozilərlə əlaqə sayəsində nəqliyyat yollarına da nəzarət edir, narkotik və silah alverinə girişirdilər. 2010-cu ilə qədər qorxu yayan bu təşkilat sonra ayrı-ayrı qruplaşmalara parçalandı. İndi Rusiya bazarlarında azərbaycanlı lotular, "vorzakonlar" daha çox at oynadırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
-
Bəxtiyar Dali ilə bağlı qərar verildi
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
-
Bakı aeroportunda sursatla saxlanılan dünya çempionu imiş - (Foto)
-
Bakıda 13 yaşlı qız bıçaqlandı
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
XƏBƏR LENTİ
-
"Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək





