İrandan qayıqlarla Azərbaycana narkotik daşıyırdılar - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotikləri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
DİN-dən Milli.Az-a verilən məlumata görə, Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin əsas üzvlərinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib. Belə ki, Baş İdarənin əməkdaşlarının Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş şəxslər - Elşad Əliyev və Zakir Nağıyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onların üzərindən və Zakir Nağıyevin idarə etdiyi avtomobildən ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd "Metadon M40" həbi aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı Elşad Əliyev və Zakir Nağıyevin vaxtaşırı olaraq "Rəsul", "Rza" və şəxsiyyətləri araşdırılan digər İran vətəndaşları ilə əlbir olaraq narkotikləri dəniz yolu ilə ölkə ərazisinə gətirdikləri məlum olub. Saxlanılan şəxslər həmin nakotikləri əldə edəndən sonra Bakı şəhərində ayrı-ayrı şəxslərə ötürərək satışını təşkil etməli imişlər. Elşad Əliyev və Zakir Nağıyev ifadələrində dəfələrlə İrandan xüsusi katerlərlə dəniz vasitəsi ilə qaçaqmalçılıq yolu ilə Xəzər rayonu Zirə qəsəbəsində hər kəsin "qartalın burnu" kimi tanıdığı yerə göndərilən narkotikləri xüsusi texniki vasitələrdən istifadə etməklə əldə etdiklərini və satışını həyata keçirdiklərini bildiriblər.
Qeyd edilib ki, Elşad Əliyev və Zakir Nağıyev ətrafda şübhə oyatmamaq üçün ilk baxışdan hər kəsdə balıqçı görüntüsü yaradıblar. Araşdırmalarla onların dəniz yolu ilə gətirilən narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olmaları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Dəniz yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin daxildə və xaricdəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
XƏBƏR LENTİ
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama





