Oğurladığı 23 min manatı əyləncəyə, brend geyimlərə xərclədi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Balakən rayonunun Tülü kəndində yerləşən evlərin birindən oğurluq edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Axşam saatlarında evə daxil olan naməlum şəxs oradan 12 min ABŞ dolları, 3 min manat pul və 2600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Pərviz Umudov saxlanılıb. Saxlanılan şəxs ifadəsində qonşusunun yaxın qohumlarının toy mərasimində iştirak etdiyini fürsət bilərək həmin evə daxil olduğunu bildirib. İlkin araşdırma zamanı müəyyən edilib ki, P.Umudov niyyətini həyata keçirdikdən sonra qızılları əvvəllər özünün təhsil aldığı məktəbin həyətində gizlədib, pulu isə götürərək Bakı şəhərinə gedib. Paytaxtda oğurladığı pulların bir hissəsini əyləncə mərkəzlərində, qalanını isə brend geyim mağazalarında xərcləyərək özünə bahalı paltar alıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi qızıl-zinət əşyaları da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı cinayət işi başlanılıb, Pərviz Umudovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
XƏBƏR LENTİ
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)





