Göygöldə dəhşət: Kürəkən qayınatasını həyətdə yerlə sürüdü, sonra... - Təfərrüat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göygöl rayonunda 1955-ci il təvəllüdlü Amil Məhərrəmov qızının əri, 1987-ci il təvəllüdlü Azər Məhərrəmovu öldürməyə cəhd edib.
Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il sentyabrın 25-də rayonun Hacıməlik qəsəbəsində baş verib. Amil qızı ilə dəfələrlə mübahisə edən Azərə bıçaqla xəsarətlər yetirib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Amilin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Amil bildirib ki, qızı Gülnar 2008-ci ildə Azərlə evlənib: "Gülnar Azərlə evləndikdən sonra 5-6 ay Gəncə şəhərinin Gülüstan qəsəbəsində onun valideynləri ilə birlikdə yaşayıblar. Sonra Gülnarla Azərin anası arasında narazılıq oldu. Arvadım Şəkərlə birgə Gülnarı Hacıməlik qəsəbəsindəki evimizə gətirdik. Bir müddət sonra Azər də Gülnarın yanına gəldi.
Birlikdə yaşadığımız vaxt Azər evə mütəmadi içkili gəldiyinə görə Gülnarla aralarında dava-dalaş düşürdü. Hər dəfə onlar dalaşdıqdan sonra Azər valideynlərinin evinə gedir, bir müddət orada qaldıqdan sonra yenidən Gülnarın yanına qayıdırdı".
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra Gülnar üçün yaşadıqları qəsəbədə ev tikmək qərarına gəliblər: "Qəsəbədə torpaq sahəsi aldıq, ev inşa etdirməyə başladıq. Lazımi tikinti materiallarını öz puluma almağıma baxmayaraq, Azər də usta kimi evin tikilməsinə kömək etdi. Təxminən 3-4 ilə ev inşa edildi. Azər Gülnarla həmin evdə yaşamağa başladı. O, yenə də spirtli içkilər qəbul edib, evə gec gəldiyinə görə Gülnarla aralarında narazılıqları, davaları oldu. Bir neçə dəfə Azərin Gülnarla dalaşmasına görə ondan polisə şikayət etməyimə baxmayaraq, Gülnar Azərdən şikayətçi olmadı, onunla barışdı".
Amil qeyd edib ki, 2010-cu ildə Gülnar rəsmən Azərdən boşanıb, həmin vaxtdan Azər uşağına görə aliment ödəməli olub: "Lakin bir müddət sonra onlar barışıb, Gülnarın evində yaşamağa başladılar. Ancaq yenə dalaşırdılar. Azərin Gülnarı döydüyünü bildikdə qızımın belə həyat tərzi keçirməsi mənə və arvadıma pis təsir etdi. Dəfələrlə Azərlə söhbətdə spirtli içkil qəbul etməməsini xahiş etmişik. Ancaq o, içki içdikdən sonra yenə öz hərəkətlərini davam etdirib".
Amilin bildirdiyinə görə, 2021-ci ilin sentyabrın ortalarında Azər valideynlərilə yaşadığı vaxt Gülnarın evinin hasarından həyətə girib və onu qorxudub: "Buna görə Azərin anası Zərqələmə zəng vurdum, yenə belə bir hərəkət edərsə, onu öldürəcəyimi bildirdim. Sentyarın 25-də saat 22 radələrində yaşadığı evimizin mətbəxində arvadımla birlikdə televizora baxdığımız vaxt mətbəxin küçə tərəfdən pəncərənin döyüldüyünü eşitdik.
Pəncərədən baxanda Azəri gördüm. Şəkər mənim çölə çıxmağımı istəmədi, özünün Azəri yola salacağını dedi. Həyətə getdikdə mən də Şəkərin arxasınca həyət qapısına tərəf getdim. Qapı açılarkən Azər həyətə girdi, "sən məni öldürəcəksən, gəlmişəm, öldür" dedi. Sonra məni və Şəkəri nalayiq söyüşlər söyməyə başladı. Azərin sərxoş olduğunu gördüm.
Azər məni yerə yıxdı, həyət boyunca sürüməyə başladı. Arvadım Şəkər məni onun əlindən almağa çalışsa da, bacarmadı.
Azər məni sürüyə-sürüyə həyət qapısının yanına gətirdi, üstümə çıxdı, boğazımdan tutdu. Bu zaman giriş qapısının yanındakı ərzaq stolunun üstündə olan bıçağı götürdüm. Birinci dəfə Azərin bədəninin sağ yuxarı nahiyəsinə bıçaqla bir zərbə vurdum. Azər hər iki əli ilə vurduğum yeri tutdu. Bıçaqla ona aşağıdan yuxarı bir neçə zərbə vurdum. Qonşuları həyətə daxil oldular və bizi ayırdılar".
Amil qeyd edib ki, sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və Azəri bıçaqlaması barədə məlumat verib. Qeyd edib ki, 12 il Azərin hərəkətlərinə dözüb, Azərin onun, arvadının ünvanına nalayiq söyüşlər söydüyü üçün bu addımı atıb.
Amil 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
XƏBƏR LENTİ
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)





