Kriminal

“Arvadım "Tik-Tok”da tanış olduğu kişi ilə 2 dəfə görüşüb, ona görə öldürdüm" - Bakıda dəhşətli qətl

14 May 2022 00:22
10 Şərh     Baxış: 17 440

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədovun məhkəmə ifadəsi məlum olub.

Milli.Az pravda.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, mərhum Aliyə Məmmədova onun arvadı olub, onunla birgə nikahlarından iki uşağ var:

"Təxminən 2 il olardı ki, Aliyə ilə münasibətlərimiz soyuqlaşdı. Onun mənə qarşı soyuqluğunun nə üçün olduğunu bilmirdim. Aliyənin anası Yeganə öz ərinə xəyanət edib. Buna görə də arvadıma anası Yeganə ilə telefon vasitəsilə danışmağı qadağan etmişdim. Lakin Aliyəni evə gələndə bir neçə dəfə anası ilə telefonla danışanda gördüm. Evdə bir telefon vardı. Həmin telefondan da oğlum və arvadım istifadə edirdi. Mən Aliyənin başqa mobil telefon işlətməsindən şübhələndim. Lakin bu barədə dəqiq bir fikrim olmamışdır.

13 oktyabr 2021-ci il tarixdə evə gələn vaxt Aliyə yatağa nəsə qoydu və həmin an o, həyəcanlı idi. Mən arvadımdan onun nə olduğunu soruşdum. Aliyə əvvəl heç nə olmadığını söylədi. Lakin daha sonra telefon "adapter"i olduğunu, qardaşına aldığını dedi. Mən də Aliyəyə əsəbiləşərək onun üz nahiyəsinə şillə vurdum. Daha sonra evi axtarmağa başladım. Həmin vaxt Aliyə evdən çıxaraq qaçıb getdi. Arvadımın evdən çıxıb getməsi barədə onun atasına məlumat verdim və birlikdə polis idarəsinə getdik. Aliyə ora gəldikdən sonra barəmdə polis bölməsinə şikayət etdi. Bununla bağlı ora gedərək izahat verdim. Aliyə həmin vaxtdan atasının evinə gedərək orada yaşamağa başladı.

19 oktyabr 2021-ci il tarixdə Aliyənin atasının evinə getdim. Onu qardaşım Zamanın evinə apardım. Bir neçə gün orada qaldıq. 21 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Aliyəni götürüb onunla birlikdə əvvəl Sahil qəsəbəsində yerləşən məscidə getdik. Aliyə məsciddə olarkən bir daha anası ilə danışmayacağını deyərək and içdi. Daha sonra arvadıma evə gedərək əşyalarını yığmağı və bir müddətlik Sahil qəsəbəsindən getməyimizi dedim. Birlikdə yaşadığımız evə gəldik".

Vilayət Məmmədov arvadını neçə öldürdüyündən də danışıb:

"Yenidən Aliyənin başqa telefonunun olduğundan və onun başqası ilə danışdığından şübhələndim. Belə ki, onun adına olan nömrədən çıxarış etdikdə internet mesajlarının olmasını gördüm. Aliyəni evdə qoyaraq yaxınlıqda yerləşən marketə getdim və oradan 3 ədəd sellofan paket aldım. Evə gələrkən dirəkdən sallanmış telefon məftilini qırıb götürərək əynimdə olan jaketin cibinə qoydum. Həmin vaxt Aliyəni qucaqladım, ona yaxşı arvad olmadığını və bundan sonra hər şeyin yaxşı olacağını dedim. Həyat yoldaşımdan mənə düzünü danışmasını istədim, başqa telefonunun olub-olmamasını soruşdum. Aliyə mənə telefonunun olduğunu və başqa kişiylə danışdığı bildirdi. Hmin vaxt evə gələrkən götürdüyüm telefon məftilini jaketinin cibindən götürərək iki əlimlə Aliyənin boynuna keçirdim və onu boğdum. Bundan sonra marketə gedib, siqaret aldıqdan sonra polis bölməsinə gedərək könüllü təslim oldum. Arvadımı xəyanət etdiyinə görə öldürdüm.

Bir daha qeyd edirəm ki, Aliyə başqa telefon işlədirdi, evdən qaçdıqdan sonra həmin telefonu da özü ilə aparmışdı. Elə bilirdim ki, Aliyə anası ilə telefonla danışır, lakin o, başqa şəxslə danışırdı. Mərhum münasibət qurduğu şəxs də onunla olan münasibətini etiraf etmişdi. Bildiyim qədərilə Aliyə mənə xəyanət etdiyi şəxslə "Tik-Tok"da tanış olub və həmin şəxslə evdə iki dəfə görüşüb. Əməlindən peşmanam".

Qeyd edək ki, Vilayət Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Sabaha da NanKorluq · 14 May 08:4041

    Olmazdı görüşdüklərini tapıb deyərdin ki, necə Kişilərsiniz ərli-ailə-uşaqlı qadınlarla görüşürsünüz? O qədər ərsiz gözəl-göyçək qızlar da, dullar da var! Bəs, uşaqlar və gələcək? Dərin mülahizə edəndə bütün hadisələr qaranlıq uydurmaya bənzəyir? Əslində, arvadını öldürüb, uşaqları yetim qoyub, əyyaşı isə onlardan xilas edib? QARABAĞdan köklənən cürətsizlikmi?

    Cavab yaz
  • Anonim
    @ · 14 May 08:50121

    Aliyəni öldürdün, anladıq bunu. Bəs başqasının arvadını yoldan çıxarıb, evini yıxan şərəfsiz niyə cəzasız qaldı? Nə vaxta kimi belə binamuslar rahat yaşayacaq?

    Cavab yaz
  • Anonim
    dagli qizi · 14 May 09:24110

    Gordun ki, sene xeyanet edir, bowa, redd ele, al uwaqlari elinden, qoy getsin hemin "kiwicik" saxlasin onu...Bele ise, o getdi torpaga, sen turmeye, ortada qaldi uwaqlar, bes onlarin aqibeti nece olacaq???

    Cavab yaz
  • Anonim
    !!! · 14 May 09:4682

    Bizim qadınlara nə olub görəsən?...(Hamıya aid deyil)

    Cavab yaz
    • Anonim
      @ · 14 May 13:5932

      Kişilərə nə olubsa qadınlara da o.

      Cavab yaz
  • Anonim
    M · 14 May 13:1764

    Arvadinin anasi pis idise almayaydin, mence esil pislik sensen.Sen kimsen ki, qizi anasi ile görüşmeye qoymursan.Onda gerek sen öz qızini da bunu edesen, o da senin namussuz saydiqin ananin qizidi.Allah senin cezani versin ki, Allahin yaratdiqi cana qiyirsan.Eslinde araşdirsan esil namussuzlar ele bele kişilerin özleridi.

    Cavab yaz
  • Anonim
    ALEKS❤️ · 14 May 17:4022

    Hər kəs bilir və görür:internet doludu bu cür pozğunlarla....hər cür təkliflər(üzr)ailəli,uşaqlı fərq etmir.hələ elələri də rast gəlirsən peysər ər öz arvadı ilə bir yerdə canlı olaraq təklif edir.biyabırçılıqdı.ona görə də ailə tam nəzarətdə olmalıdır.geyim kecim,internet və s.Mən oğlana haqq qazandırıram.düz edib.əsil kişi adı daşıyan başqa cür edə bilməzdi.bu namus məsələsidir.Başqalarına dərs olsun(dərs olsa dərdyarıdı)Qaldıki o biqeyrətə,...xalxın arvadını tik tokla ələ alıb bu vəziyyətə çatdırana!!!əgər məlumdursa onu içəriyə ,,gəlin,,köçürmək lazımdır.içəridəkilər ona arvad uşağa sataşmağın necə olduğunu öyrədərlər.Tfuuu sizə binamus şərəfsizlər...istər qadın,istər kişi.

    Cavab yaz
    • Anonim
      Qatilə · 14 May 19:4231

      Qatilə haqq qazandırmaq? Kişilik arvadını öldürməklə ölçülmür. Boşanmaq deyilən bir şey var.

      Cavab yaz
      • Anonim
        @ · 14 May 21:2200

        Vaayy Aleks, ad yerinə qatil yazmışam. Səhv gedib.

        Cavab yaz
  • Anonim
    Sabina · 17 May 12:2800

    Sene kim verib ki Allahin yartdigi bendeye el qaldirasiniz hem de heyatina qesd edesen?bilirdin xeyanet esib arawdir ve bowan birdeki ananin sehvini balaya yapiwdirmaq duz deyil telefonu da elinden alib da ne etsin ki bir imsanin caninda varsa o telefonsuzda oz bildiyin edecek oz ve bawqasinin heyatina qesd rtdin o topaga sende zulmete getdin Allah qapini acsin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics