Kriminal

Zaqatalada metamfetamin alverçisi tutuldu - VİDEO - FOTO

12 Aprel 2022 19:36
0 Şərh     Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat zamanı rayon ərazisində psixotrop maddələrin satışı ilə məşğul olan, əvvəllər bir neçə dəfə məhkum edilmiş şəhər sakini Yusif Həbilov tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı ondan sellofan torbada satış məqsədilə üzərində daşıdığı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Saxlanılan şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə Yusif Həbilov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.