Sumqayıtda avtobuslarda kartdan istifadə dayandırıldı - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıt şəhərində sərnişindaşımada kart sistemindən istifadə dayandırılıb.
Bu barədə Trend-ə açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib.
Rəis müavini bildirib ki, hazırda Sumqayıt şəhərində bütün marşrut avtobuslar nəğd ödənişə qaytarılıb.
"Artıq Türkiyədən yeni validator aparatları sifariş vermişik. Bu gündən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş dayandırılıb. Avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartları insanlara problem yaşadırdı, vətəndaşlardan şikayətlər daxil olurdu. Bu problemin aradan qaldırılması üçün təzə validator aparatları sifariş verilib"-deyə rəis müavini qeyd edib.
Onun sözlərinə görə, Sumqayıtda bütün ictimai nəqliyyat "Bakıkart" a məxsus kart sisteminə keçiriləcək.
"Bunun üçün tədbirlər görülür. Hazırda 206 avtobusumuz var. Onların hər birində yeni aparatlar quraşdırılacaq. Artıq "BakıKart" sistemi ilə eyni olan kartlar da sifariş edilib. Sərnişinlər həmin kartlardan həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında istifadə edə biləcəklər. Kartın üzərinə "Bakı-Sumqayıt" yazılacaq. Proses bir ay, ay yarıma yekunlaşacaq"-rəis müavini bildirib.
Qeyd edək ki, Sumqayıt şəhərinin ictimai nəqliyyatında bu il sentyabrın 28-dən kart vasitəsilə ödəniş tətbiq edilsə də, bu sistem özünü doğrultmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
XƏBƏR LENTİ
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)





