Ölkə

Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: ana və oğul eyni gündə intihar etdi

19 Noyabr 2021 09:57
0 Şərh     Baxış: 3 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Sumqayıt şəhəri Saray qəsəbəsində itkin düşən 1991-ci il təvəllüdlü Həsənov Elşən Ədalət oğlunun intihar etdiyi məlum olub.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, 30 yaşlı Elşənin meyiti Corat qəsəbəsində dəniz sahilində tapılıb. Onun noyabrın 12-də özünü dənizə ataraq intihar etdiyi, daha sonra meyitini dalğaların sahilə çıxardığı məlum olub.

Elşən Həsənovun anası Rəfiqə Həsənova da noyabrın 12-də intihar edib. Həmin gün anasının yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyduğunu görən gənc dərin sarsıntı keçirib və evdən çıxaraq dəniz sahilinə yollanıb. Həmin gün öpzünü dənizə ataraq intihar edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.