Ölkə

Bir Vətən sevdalısının hünər dolu ömür yolu - VİDEO

12 Noyabr 2021 12:58
0 Şərh     Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

30 il işğal altında qalan torpaqlarımız qəhrəman oğullarımızın igidliyi sayəsində azad oldu. Bu uğurda neçə-neçə mərd, igid övladlarımızı şəhid verdik. O qəhrəman övladlarımızdan biri də Lerik rayonunun Hovil kəndində anadan olmuş İmaməli İbrahimovdur. 

Vətən müharibəsində bizi zəfərə aparan oğullarımızdan biri də İmaməli İbrahimovdur. İmaməli 17 yanvar 1995-ci ildə Lerik rayonunun Hovil kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Sonra yenidən Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu kimi ordu sıralarına qayıdıb və Azərbaycanın Sülhməramlı Qüvvələrində xidmətə başlayıb.

İmaməli İbrahimov Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr endirib.

Laçın rayonu istiqamətində gedən döyüşlərdə iştirak edən İmaməli İbrahimov noyabrın 9-da boyun nahiyəsindən aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalıb. O, şəhadətindən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı, həmçinin Cəbrayıl, Qubadlı və Laçının azad olunmasına görə medalları ilə təltif olunub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.