Ölkə

Qəhrəman şəhidimiz - Musa Əsgərov - VİDEO

10 Noyabr 2021 12:16
0 Şərh     Baxış: 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18 yaşında xidmətə getdi, hərbi geyimi geyindiyi ilk gündən ömrünü bu peşəyə bağlamaq qərarı verdi. Tərxis olunandan cəmi bir neçə ay sonra orduya geri döndü, XTQ-də MAXE kimi xidmətə başladı. Cəmi bir neçə ay hazırlıqdan sonra əsl döyüşçüyə çevrildi...

Xezerxeber.az-ın məlumatına görə, söhbət 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış Gəncə sakini Musa Əsgərovdan gedir. Vətən müharibəsinin ilk günündən atıldığı döyüşlərdə xeyli sayda düşməni məhv etdi. Doğmalarına həmişə güvən verdi.

Qəhrəman snayperimiz torpaqlarımızın işğalda olması ilə heç vaxt barışmayıb. Ona görə də döyüşlərdə daim irəliyə can atır, şəhidlərimizin qisasını almaq üçün böyük şücaət göstərirdi.

Füzulidən başlayaraq Şuşa ətrafında gedən döyüşlərə qədər üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirdi. Qırmızı Bazar yaxınlığında şəhadətə ucaldı.

Musa Əsgərov şəhadətindən sonra "Azərbaycan bayrağı" ordeni, "Hərbi xidmətlərə görə", "Vətən uğrunda", "Xocavəndin azad edilməsinə görə" və "Cəbrayılın azad edilməsinə görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.