Ölkə

Şuşada ermənilərin atıb qaçdığı raket sistemləri aşkarlandı

8 Noyabr 2021 10:48
0 Şərh     Baxış: 1 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erməni hərbi birləşmələrinin Şuşa şəhəri ərazisində atıb qaçmağa məcbur olduğu silah sursatlardan təmizlənməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə nəzarət-profilaktiki tədbirlər görülür.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, son bir il ərzində keçirilən tədbirlərlə xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkar edilib.

Polis əməkdaşları şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 "Foqot" və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa Şuşa Rayon Polis Şöbəsinin Daşaltı kəndində keçirdyi tədbirlər nəticəsində çəkisi 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.