Ölkə

Biləcəridə 11 evdən kombi aparatı oğurlayan şəxs saxlanılıb - VİDEO - FOTO

4 Noyabr 2021 14:24
0 Şərh     Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatının hissələrini oğurlayıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan daha 10 sakindən Polis bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da yaşadıqları evlərdən kombilərin oğurlandığı qeyd edilib. Hadisələrin bir ərazidə və oxşar üsullarla törədilməsi polis əməkdaşlarında bu oğurluqların eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Biləcəri qəsəbəsində 11 evdən kombi aparatı oğurlayan Ucar rayon sakini Nizar Qədirli qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub və o, ifadəsində törətdiyi hadisələri etiraf edib.

Faktlarla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Nizar Qədirlinin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına və ya "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.