Akif Təvəkküloğlu (Nəsirli) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.
Milli.Az xəbər verir ki, bununla bağlı konfederasiyanın sədri Səttar Möhbalıyev əmr imzalayıb.
Qeyd edək ki, A.Təvəkküloğlu uzun müddət AzTV-də çalışıb, Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Son təyinata qədər qanunverici orqanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.
Xatırladaq ki, AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bir müddət əvvəl vəfat edib.
Milli.Az