Ölkə

Daha iki müəllim koronavirusdan vəfat edib, direktor karantinə alınıb

28 Oktyabr 2021 11:47
0 Şərh     Baxış: 1 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 saylı Mingəçevir şəhər tam orta məktəbinin ibtidai sinif müəllimi Mətanət Nəsibova koronavirus səbəbindən dünyasını dəyişib.

Bu barədə Trend-ə Mingəçevir Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Məlumata görə, 13 nömrəli orta məktəbin direktoru Tünzalə Seyidova isə virusa yoluxub və hazırda karantindədir.

Mingəçevirdə yerləşən Ağdam rayon 74 saylı orta məktəbin ibtidai sinif müəllimi Abışova Raya Məcid qızı da COVİD-19 səbəbindən dünyasını dəyişib.

Bundan başqa Mingəçevir Şəhər Texniki Humanitar Liseyi isə koronavirusa yoluxmalar səbəbindən distant formada təhsilə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.