Ölkə

Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu - VİDEO

25 Oktyabr 2021 10:20
4 Şərh     Baxış: 2 463

Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanı təşkil edilib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.az-a verilən məlumata görə, dünən - oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri - Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.

Məlum olub ki, şənlikdə iştirak edənlərin bir neçəsində COVID-19 pasportu olmadığından, onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə ediliblər.

Avtomobil karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə duracağına yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, toy iştirakçılarından biri - Füzuli Malıyev hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Toyun təşkilatçısı olan A. Balaəhmədov və A.Hüseynzadə, habelə F.Malıyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az 

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

4 Şərh:

  • Anonim
    asi · 25 Oktyabr 10:3631

    Əli bunu bəyəndi)..”7-ci koğuşdakı möcüzə” filmində bir cümlə işlənir, “ Anamdakı müsəlmanlığa heç bir kitabda rastlamadım”..İndi bizdəki müsəlmanlığa da heç bir kitabda rast gəlinməz, bir tək iran kitablarından başqa..Özləri bilə-bilə dövləti qıcıqlandırırlar, sonra şüvənlik edirlər ki, dini azadlığımız yoxdu..Bizdə istəyən sərbəst şəkildə dini toy edir, amma ta dini maşın karvanı nə idi, kəşf ediblər?..

    Cavab yaz
    • Anonim
      asiyə · 25 Oktyabr 11:4822

      O dediyin kino originalı C Koreya kinosudur həmişəki kimi türkiyə kopirovka edib

      Cavab yaz
      • Anonim
        asi · 25 Oktyabr 12:4311

        Kino çəkənlər özləri bunu gizlətmədiyi üçün, sizin xatırlatmanız bir az gecikmiş oldu)..Həm türk filmlərində kopya çoxdu, amma əsas odur ki, orjinalı üstələyə bilirlər əksər hallarda..

        Cavab yaz
  • Anonim
    Sumqayıt · 25 Oktyabr 11:1041

    "Dini toy" edənləri araşdırsan nə qədər "zir-zibilləri" çıxacaq ortaya, narkotik, içki, gecə həyatı və s..Amma di gəl ki, adamlar dindardır..Bir dindar görmədim (nə qadın, nə kişi) əməli ilə danışığı üst-üstə düşsün..Gözümüzə soxa-soxa dindaram deyib narkotik çəkənlər, başını bağlayıb arxasını açanlar və s...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.