30 il sənədsiz qalan bina - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gördüyünüz bu hündür, 16 mərtəbəli, çox mənzilli yaşayış binası Xətai rayonu, General Şixlinski küçəsindədir. Əlverişli yerləşmə, şəhərə və Xəzər dənizinə açılan heyrətamiz, maneəsiz mənzərə. Buraya ünvanlanan təriflər sadaladıqca bitməz. Amma binanın böyük bir əmması var. Gözəl eyibsiz olmaz atalar misalı burada yaşayan sakinlərin dillər əzbəridir. Bakıdakı saysız hesabsız sənədsiz tikililər sırasında bu bina da yer alıb. Elə bu səbəbdən də sakinlər verilişimizə müraciət edərək onları 30 ildir ki, narahat edən problemin işıqlandırılmasını və bəkə də, nəhayət bununla bir dəfəlik çözülməsini istəyiblər.
Sakinlər deyir ki, mənzillərinin sənədsiz vəziyyətdə qalması xeyli problemlər yaradır. Həm özləri, elə həm də dövlət üçün. Əllərində daşınmaz əmlak olsa da, onlar o əmlakdan sərvət kimi istifdə edə bilmirlər, yani hüquq təsdiq edici sənəd olmadığından müvafiq kredit təşkilatlarına müraciət edib kredit götürüb ondan yararlanamırlər. Orda yaşasalar da, yaşadığı yerdən səsvermə hüququndan məhrumdurlar.
Fövqalədə Hallar Nazirliyi tərəfindən binanın təhlükəsizliyi haqqında rəyin verilməməsində günahı sakinlər Azərsu Açıq Səhmdar Cəmiyyətində görürlər.
30 ildir Bakı Şin Zavodunda işləyən bina sakini Ağagül Əzizov da binanın hələ də müvafiq qurum tərəfindən balansa götürülməməsinə görə 96 ailənin əziyyət çəkdiyindən gileylənir.
Məsələ ilə bağlı, ilk növbədə Azərsu ASC ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, onlar tərəfindən bir il öncə su xəttlərinin yeniləmə işləri aparılıb, amma aparılan işlər qaydalara tam uyğundur və sakinləri 30 ildir ki, narahat edən məsələyə aidyyatı yoxdur.
Fövqalədə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev isə binada 1993-cü ildən binada yaşayışın olmasına baxmayaraq onun təhvil verilməsi üçün bir sıra şərtlərə uyğun olmamasını açıqladı.
Əslində, ölkədə sənədsiz evlərin sənədləşdirilməsi, daha doğrusu sənədləşdirilməməsi aktual mövzulardan biridir. Bu barədə müəyyən texniki xarakterli işlər görülsə də, məsələ köklü şəklində həllini tapa bilmədiyindən, 2019-cu ilin filan ayında Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərmanı imzaladı. Və bununla ölkədə sənədsiz və qeydiyyatsız binaların qalmayacağına ümid yarandı. Yeri gəlmişkən, sözügedən Fərmanın ikinci hissəsinə uyğun olaraq yerli icra orqanları çatışmazlıqların aradan qaldırılmasında sakinlərə təşkilati baxımdan kömək göstərməlidilər. Bu səbəbdən, məsələ ilə bağlı, Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Yeri gəlmişkən, qeyd olunan ünvanda yerləşən iki binadan biri hələ 1991-ci ildə qeydiyyata alınıb. Amma burda yaşayan sakinlərin də öz problemi var. Elə fürsətdən istifadə edib, onlar da şikayətlərini səsləndirdilər.
Belə. 30 il öncə tikilməsinə baxmayaraq sənədsiz qalan evin sakinlərinin problemini işıqlandırdıq və aididyyatı qurumlara yönləndirdik. Burada yaşayan 96 ailəyə yalnız ümid etmək qalır ki, "bu xəmir hələ indən belə çox su aparacaq" misalı onların dillər əzbəri olmasın.
Milli.Az Real TV-yə istinadla videomaterialı təqdim edir:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyanın yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto/Video)
-
Beren Saatdan “Arsen Hanım”a vida…





