Nazirlər Kabinetindən xüsusi karantin rejiminin müddəti ilə bağlı qərara dəyişiklik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edib.
Milli.Az xəbər verir ki, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-7-ci və 2.6-1-ci bəndlər əlavə edilsin:
"2.5-7. Hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:
5-7.1. Argentina Respublikası;
2.5-7.2. Avstraliya İttifaqı;
2.5-7.3. Braziliya Federativ Respublikası;
2.5-7.4. Bruney Darüssalam;
2.5-7.5. Cənubi Koreya Respublikası;
2.5-7.6. Çili Respublikası;
2.5-7.7. Ekvador Respublikası;
2.5-7.8. Kamboca Krallığı;
2.5-7.9. Kosta Rika Respublikası;
2.5-7.10. Kuba Respublikası;
2.5-7.11. Küveyt Dövləti;
2.5-7.12. Qazaxıstan Respublikası;
2.5-7.13. Maldiv Respublikası;
2.5-7.14. Meksika Birləşmiş Ştatları;
2.5-7.15. Mərakeş Krallığı;
2.5-7.16. Monqolustan;
2.5-7.17. Monteneqro;
2.5-7.18. Norveç Krallığı;
2.5-7.19. Oman Sultanlığı;
2.5-7.20. Panama Respublikası;
2.5-7.21. Salvador;
2.5-7.22. Uruqvay Şərq Respublikası;
2.5-7.23. Yeni Zelandiya.
2.6-1. Bu Qərarda nəzərdə tutulan (2.4-cü, 2.5-2-ci, 2.5-6-cı, 2.5-7-ci, 2.5-1.1-ci, 2.5-4-1-ci və 2.5-5.1-ci bəndlər istisna olmaqla) COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
XƏBƏR LENTİ
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)





