Ölkə

Azərbaycanda polis serjantı faciəli şəkildə öldü

10 Oktyabr 2021 10:54
0 Şərh     Baxış: 1 080

"Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Toğrul Mədətli xidmətdən kənar vaxtı elektirik cərəyanı vurması nəticəsində vəfat edib".

Milli.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, elektrik cərəyanı vurması nəticəsində baş verən ölüm faktı ilə əlaqədar araşdırmalar aparılır.

"Mərhumun yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin".

Milli.Az 

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.