Ölkə

Aylardır vəziyyət belədir - Bu yoldan istifadə etmək TƏHLÜKƏLİDİR - VİDEO

4 Oktyabr 2021 14:20
0 Şərh     Baxış: 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yolun hər iki kənarı asfalt olsa da, tən ortası qazılıb. Paytaxtın Mərdəkan qəsəbəsində 3-4 aydır ki,  təxminən 1200 metr yol su çəkilmək məqsədilə qazılıb və üzəri asfaltlanmayıb. Bu isə gediş-gəlişə və orada yaşayan sakinlərin nəqliyyatla hərəkətinə təhlükə törədir. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər Mərdəkan qəsəbəsi Rəfael Cəfərov küçəsindəndir. Ərazidə yaşayan sakinlər bildirirlər ki, 3-4 aydır yol su xəttinin çəkilməsi məqsədilə qazılıb və üzəri asfaltlanmadan saxlanıb. Yolun bu vəziyyəti insanların gediş-gəlişinə və eləcə də nəqliyyatın hərəkətinə problem yaradır. 

Sakinlər deyirlər ki, bu yolda bir neçə dəfə xoşagəlməz hadisələr də olub. Xüsusilə yağış yağanda bu yoldan istifadə etmək mümkün olmur. Sakinlər problemlə bağlı "Azərsu" ASC-yə müraciət etdiklərini də bildiriblər. 

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Xəzər Xəbər"ə açıqlamasında problemdən xəbərdar olduqlarını bildirdi.

İndi sakinlərə daha bir neçə gün səbr etmək qalır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.