Ölkə

Qəbələdə iki kəndə gedən yolu su basıb - Sakinlər çətin vəziyyətlə üzləşiblər - VİDEO

4 Oktyabr 2021 17:18
0 Şərh     Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələ rayonunda Solqıca və Dandıx kəndlərinin sakinləri çətin vəziyyətlə üzləşiblər. Çünki təxminən bir həftə əvvəl Qaraçay çayına gələn sel nəticəsində sözügedən kəndlərə gedən yol su altında qalıb. Güclü yağışlar çayın məcrasının dəyişməsinə səbəb olub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bir neçə gün bundan əvvəl yağan güclü yağışlar selə səbəb olub və Qaraçay çayının yatağı genişlənib. Nəticədə məcrasından çıxan çay 2 kəndə gedən yolu yuyub. Bu isə sakinlərə ciddi problem yaradır.

Qəbələ rayonunun mərkəzindən 35 kilometr məsafədə yerləşən Solqıca və Dandıx kəndlərinə aparan yolda gediş-gəliş mümkünsüz olub.

Minik avtomobili çayın yatağında qalıb. Onu yalnız kiçiktutumlu yük maşını ilə dartıb ərazidən çıxarmaq mümkün olub.

Çayın istinad divarları və körpüsü yoxdur. Sel gələn kimi çaydan keçən hissədə elektrik dirəkləri aşır və nəticədə kənd işıqsız qalır.

Məsələ ilə bağlı Solqıca kənd icra nümayəndəsi İldrım Əhmədov bildirib ki, problemdən xəbərdardırlar. Hazırda yolun bərpası üçün əraziyə texnikalar gətirilib. Çayın yatağında bərkitmə işləri aparılır. Vurğulanıb ki, problemin birdəfəlik həlli üçün körpü və ya istimad divarının tikilməsi lazımdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.