Ölkə

Şəhidlərin xatirəsi anılıb - VİDEO

2 Oktyabr 2021 13:48
0 Şərh     Baxış: 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gənclər hərbi-vətənpərvərlik mövzusunda proqramla çıxış ediblər

Milli.Az Real  TV-yə istinadən bildirir ki, İsmayıllı rayonunun İvanovka kəndində üç şəhidin xatirəsinə inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində şəhid ailələri, müharibə iştirakçıları, rayon rəhbərliyi, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidlərin ruhuna dualar oxunub, xatirələri anılıb.

Açılışı olan Şəhid bulağının həm də İvanovkada yaşayan azsaylı xalqların birliyinin bariz nümunəsi olduğu vurğulanıb. Çıxış edənlər şəhidlərin göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yollarından, onlarla bağlı xatirələrindən danışıblar. 

Tədbirdə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Ağsu rayonunda da ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlər anılıb. Tədbir iştirakçıları əvvəlcə Qəhrəmanlıq kompleksini ziyarət ediblər. Daha sonra tədbir Şəhidlər xiyabanında davam etdirlib.

Şəhidlərimzin məzarı ziyarət olunub, ruhlarına dualar oxunub. Daha sonra gənclər vətənpərvərlik mövzusunda flaşmobla çıxış ediblər.

Tədbirin sonunda ağacəkmə aksiyası keçirilib. Şəhidlərin xatirəsinə 580 ədəd həmişəyaşıl ağac və gül kolları əkilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.