Ölkə

Ağsu rayonunda iki kəndi birləşdirən yol yararsız vəziyyətdədir - VİDEO

1 Oktyabr 2021 11:32
0 Şərh     Baxış: 1 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsu rayonunun Ərəbuşağı və Ağalarbəyli kəndlərini birləşdirən yol sakinləri təngə gətirib. Sözügedən yolun istismar üçün yararsız vəziyyətdə olması avtomobillərin hərəkətinə çətinlik yaradır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yağış yağandan sonra vəziyyət daha da pisləşir. Çünki yolda olan çoxlu sayda çala-çuxura su dolur və gölməçələr yaranır. Bu isə avtomobillərin detallarının tez-tez sıradan çıxmasına səbəb olur.

Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir ki, davam edir.

Problemə münasibət bildirən Ərəbuşağı kənd bələdiyəsinin sədri Oktay Abbasov deyib ki, sakinlərin müraciətləri aidiyyəti üzrə çatdırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.