Ölkə

Rafael Cəbrayılovun ölüm səbəbi ilə bağlı xəstəxanadan AÇIQLAMA

30 Sentyabr 2021 12:32
0 Şərh     Baxış: 2 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeni Klinika" həbsdə olan sabiq deputat Rafael Cəbrayılovun vəfatı ilə bağlı açıqlama yayıb.

Milli.Az bildirir ki, R.Cəbrayılov 60 saturasiya ilə xəstəxanaya daxil olub:

"Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq həbs olunmuşdu. Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.