Ölkə

İsmayıllıda bu yaşayış binasının sakinləri kommunal xidmətlərdən narazıdır - VİDEO

18 Sentyabr 2021 14:24
0 Şərh     Baxış: 1 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda yaşayış binasının bir sıra problemləri həll edilmir.

Milli.Az XƏZƏR TV-yə istinadən bildirir ki, söhbət  İsmayıllı şəhər, Xurşidbanu Natəvan küçəsində yerləşən yeni tikilmiş binadan gedir.

Yeni mənzillərdə yaşayan sakinlər kommunal xidmətlərdən narazıdır.

Sakinlər bildirir ki, havalar soyumamış binanın istilik və su problemi həll olunmalıdır. Onların telefon və internet üçün etdikləri müraciətlər də nəticəsiz qalıb.

Problemə münasibət bildirən İsmayıllı rayon Mənzil İstismar Sahəsinin rəisi Hikmət Hünbətov "Xəzər Xəbər"ə deyib ki, mövcud vəziyyətdən xəbərdardırlar. Onun sözlərinə görə, bina İsmayıllı rayon Mənzil İstismar Sahəsinin balansına keçmədiyi üçün yaranmış çətinlikləri aradan qaldırmaq mümkün deyil.

İsmayıllı Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, binda yaşayan sakinlər özləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaradıb, idarəetməni  öz üzərlərinə götürməlidirlər.Bundan sonra  müvafiq qurumlarla müqavilə imzalamaqla kommunal xidmətlərdən yararlana bilərlər.O da bildirilib ki, binalara artıq telefon və internet kabelləri çəkilib.Yaxın günlərdə istifadəyə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.