Ölkə

Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlandı

16 Sentyabr 2021 11:18
0 Şərh     Baxış: 2 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tədrisin əyani keçirilməsi ilə bağlı müvafiq hazırlıq işləri aparılır. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarları var və tədris prosesi bu qərarlara uyğun olaraq həyata keçiriləcək.

Milli.Az bildirir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanov deyib ki, pandemiya dövründə hər bir şagirdin və müəllimin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər həyata keçiriləcək:

"İlk növbədə hər bir tədris ocağında dezinfeksiya işləri aparılacaq. Hər bir şagirdin, hər bir müəllimin hərarəti yoxlanılacaq. Məktəblərə daxil olarkən müəllimlərin COVID pasportu yoxlanılacaq. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən tədbirlər görülür. Bununla bağlı tədris müəssisələrinin rəhbərləri ilə görüş keçirilib və müvafiq tapşırıqlar verilib".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.