Ölkə

Xırdalanda qaz borusu avtomobillərin hərəkətinə problem yaradır - VİDEO

16 Sentyabr 2021 12:18
0 Şərh     Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xırdalan şəhərində qaz borusu məhəlləyə müxtəlif təyinatlı, iriqabaritli nəqliyyat vasitələrinin girişini məhdudlaşdırır. Səbəb qaz xəttinin normadan aşağı hündürlükdən keçməsidir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədən gedir.

Sakinlərin sözlərinə görə, əksər hallarda qaz borusuna ilişən yük avtomobilləri xətti sıradan çıxarır. Bu isə gələcədə qaz sızmalarına və partlayışlara səbəb ola bilər.

"Xəzər Xəbər"in vatsap nömrəsinə göndərilən videodan da aydın görünür ki, məhəlləyə daxil olan yük maşını qaz xəttinə ilişib.

Məsələ ilə bağlı "Azəriqaz" İB-dən bildirilib ki, problem qısa müddətdə aradan qaldırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.