103 il öncə türk qardaşlarımızın dəstəyi ilə tarixi zəfər yaşadıq - Deputat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanla Türkiyə dost və qardaş ölkələrdir. Bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır. Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" və Ümummilli Liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fəlsəfəsinə uyğun olaraq inkişaf edir. Bu gün 15 sentyabr Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü xalqımız tərəfindən böyük coşqu ilə qeyd olunur. Çünki 103 il öncə türk qardaşlarımızın dəstəyi ilə belə bir zəfəri yaşadıq.
Milli.Az Trend-ə istinadən bildirir ki, Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, bu gün də tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir: "Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir".
Deputat qeyd edib ki, Vətən müharibəsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək, sözün həqiqi mənasında, qardaşlığın təntənəsi idi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu amil bizim qardaşlığımızın sarsılmazlığını ifadə edir.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir: "Bu ilin iyun ayında hər iki ölkənin dövlət başçısı tərəfindən Şuşa Bəyannaməsinin imzalanması isə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin göstəricisi oldu. Dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır".
S.Hüseynova qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi və bu ərazilərdə bərpa işlərinin həyata keçirilməsi Azərbaycanla Türkiyənin münasibətlərində vacib yer tutur: "Bilirsiniz ki, bərpa işlərində Türkiyə şirkətləri fəal iştirak edir. Ölkəmiz işğal altında olan ərazilərini azad etməklə təkcə özü üçün deyil, bütün region üçün yeni inkişaf imkanları yaradıb. Eyni zamanda, Azərbaycanla Türkiyənin hərbi əlaqələri də güclənir. Şuşa Bəyannaməsinin imzalanmasından sonra bir sıra birgə hərbi təlimlər keçirilib ki, bütün bunlar hərbi əlaqələrin güclənməsinin ifadəsidir. Eyni zamanda, bu fakt Türkiyənin bundan sonra da Azərbaycanın yanında olduğunu göstərir.
Digər tərəfdən, hazırda ölkəmizdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Üç qardaş - 2021" beynəlxalq təlimi dostluq, qardaşlıq və hərbi-siyasi tərəfdaşlıq münasibətlərinin əyani nümunəsidir. Bu kimi faktlar bir daha təsdiqləyir ki, bütün bu addımlar regionda təhlükəsizliyin təmin olunmasına xidmət edir. Eyni zamanda, hər hansı təhdidə qarşı hər üç dövlət bundan sonra da birgə mövqedən çıxış edəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
XƏBƏR LENTİ
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı





