Ölkə

Bakı üçün alternativ nəqliyyat növü: dəniz taksiləri... - VİDEO

9 Sentyabr 2021 13:48
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun yollar, bitmək bilməyən tıxaclar, tez-tez qarşılaşdığımız, günümüzün probleminə çevrilən məsələlərdən biridir. Lakin dünya ölkələrində bu tıxacın azaldılması üçün fərqli alternativlər yaradılıb. Onlardan biri də dəniz taksiləridir. Bəs bizim regionda bu taksilərin yaradılması mümkündürmü?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, elə vətəndaşlar da tıxacsız yolların tərəfdarıdırlar. Bildirirlər ki, əgər uyğun qiymətə olarsa bizim ölkədə də tətbiqi yaxşı olar. Xüsusilə uzaq yol gedənlər üçün bu, ən əlverişli variantdır.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə,  bu məsələ uzun illərdir müzakirə olunur. Əgər dəniz taksiləri yaradılarsa həm turizm potensialı artar, həm də vətəndaşlar mənzil başına daha tez çata bilərlər. Lakin Bakının küləklər şəhəri olması, dalğaların hündürlüyünün bu nəqliyyat növünün hərəkətinə təsiri  kimi məsələlər bir az dərindən analiz edilməlidir.

Elməddin Muradlı onu da qeyd edib ki, özəl şirkətlər tərəfindən də bu həyata keçirilə bilər. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.