Ukraynalılar torpaqlarını Rusiyaya verməyəcəklər.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Ukraynanın ərazi məsələsinin cavabı artıq Ukrayna Konstitusiyasında var. Bundan heç kim geri çəkilməyəcək", - o deyib.
Zelenski vurğulayıb ki, Ukrayna sülhə gətirib çıxaracaq real qərarlara hazırdır. Lakin onun fikrincə, Ukraynaya qarşı yönələcək və Ukraynasız istənilən qərar sülhün əldə olunmasına mane olacaq.
"Onlar (Ukraynasız qərarlar - red.) heç nə verməyəcəklər. Onlar ölü qərarlardır, heç vaxt işləməyəcək. Bizim hamımıza isə insanların hörmət edəcəyi real, canlı sülh lazımdır. Biz Prezident Trampla, bütün tərəfdaşlarla birlikdə real və ən əsası, davamlı sülh - Moskvanın istəkləri üzündən pozulmayacaq sülh üçün işləməyə hazırıq", - Ukrayna Prezidenti əlavə edib. /report
Milli.Az