Ölkə

Məktəbdə yoluxma olarsa hansı qərar veriləcək?

7 Sentyabr 2021 14:41
0 Şərh     Baxış: 1 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hansısa təhsil müəssisəsində yoluxma halları baş verəcək, bu istisna deyil.

Milli.Az bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, əgər yoluxma halı baş verərsə, hansısa şagird yoluxarsa, vəziyyətə uyğun qərar veriləcək:

"Məsələn, yoluxan şagird yoluxma zamanı məktəbdə olmayıbsa və ya şagirdlərlə ünsiyyətdə olmayıbsa və ya az sayda şagirdlə ünsiyyətdə olubsa, bu zaman məhdud qapanma olacaq".

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.