Ölkə

Azərbaycanda plastik qabların satışı qadağandır - Bəs niyə hələ də bu qanuna əməl olunmur? - VİDEO

7 Sentyabr 2021 12:18
0 Şərh     Baxış: 1 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq 3 aya yaxındır ki, plastik qabların satışına qadağa qoyulsa da, hələ də bu qaydaya  əməl etməyən sahibkarlar var. Satış, marketlərin vitrinlərində açıq formada həyata keçirilir. Nəzərə alsaq ki, plastik qablar  təbiətdə məhv olmur və insan orqanizminə ciddi ziyan vurur, bəs niyə hələ də bu qanuna əməl olunmur?

Qoyulan qadağaya baxmayaraq satışı həyata keçirilən plastik qaşıqlar, çəngəllər və boşqablar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 1 iyuldan etibarən təbiətə, canlılara və insan orqanizminə vurduğu zərərə görə plastik qabların satışına qadağa qoyulub. Lakin bu gün paytaxtın müxtəlif istiqamətlərində olduğumuz bir çox marketlərdə bu qanuna əməl olunmadığını müşahidə etdik. Qiymətlər tərtib olunub, satış davam etdirilir.  Market menecerlərindən və işçilərdən səbəbi soruşduqda kimisi vitrini boşaltdı,  kimisi gizlətməyə çalışdı, kimisi də dedi ki, unutmuşuq.

Məsələ nəzarət ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, nəzarətin aparılması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət dövlət xidməti tətəfindən həyata keçirilir. Antiinhisar və İstehlak bazarına nəzarət dövlət xidmətindən isə bildirildi ki, məsələ araşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.