Ölkə

Marketə getmək üçün evdən çıxan koronavirus xəstəsi həbs edildi - VİDEO

3 Sentyabr 2021 18:30
0 Şərh     Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları qəsəbə sakini virusun daşıyıcısı kimi qeydiyyatda olan Ramal Feyzullayevi marketə gedən zaman müəyyən ediblər.

Həmin şəxs barəsində dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tərəfindən Ramal Feyzullayev haqqında həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.