Ölkə

Dünyanın ən yaxşı universitetləri - Azərbaycan siyahıda varmı?

3 Sentyabr 2021 10:24
0 Şərh     Baxış: 1 456
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyanın "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərinin yeni siyahısını açıqlayıb.

Milli.Az xəbər verir ki, sıyahı hazırlanarkən təhsil müəssisələrinin dərc etdiyi elmi araşdırmaları, beynəlxalq əlaqə və mövqeləri, gəlirlərini və keçən ilki siyahıda sıralanması kimi 13 faktor nəzərə alınıb.

Britaniyadakı Oksford Universiteti 6 ildir dünyanın ən yaxşı universiteti olaraq bu dəfə də siyahıya liderlik edir.

ABŞ-ın Harvard, Stanford Universitetləri, Kaliforniya və Massaçusets Texnologiya İnstitutları ilk 5-likdə yer alıb.
Türkiyədən Çankaya və Sabancı Universitetləri dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmağı bacarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.