Ölkə

“Aktiv koronavirus xəstələrinin hər hansı ailə şənliyinə gəlməsi qatillikdən başqa bir şey deyilk” - Prezidentin köməkçisi

20 Avqust 2021 11:45
Baxış: 1 318
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Aktiv koronavirus xəstələrinin hər hansı ailə şənliyinə gəlməsi qatillikdən başqa bir şey deyil".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, bu, birgə məsuliyyətdir: "Hər bir vətəndaş öz addımlarına məsuliyyətlə yanaşsa, biz vaksinasiyada uğur əldə edəcəyik. Bu gün bizdə xəstəxanalarda ciddi təzyiq olmamasına səbəb peyvəndləmədir. Bizdə bu gün 24 % peyvəndləmə edilib. Biz bunu 60 %-ə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək. Ona görə yaxınlarımızı peyvəndləməyə çağırırıq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.