Qazilərlə əsgərlər görüşdü - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əlahiddə Ümumqoşun Orduda əsgərlərin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Bu dəfə əsgərlərlə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən bir qrup qazilərimizin görüşü təşkil edilib. Tədbirdə həmçinin Şərur rayonun mədəniyyət kolektivləri konsert proqramı ilə çıxış ediblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbəycan Respublikasının Dövlət Himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Fariz Sərxanov çıxışında ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən igid Vətən oğulları ilə görüşün və konsert proqramının təşkil edilməsi əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlğının artırılmasında mühür rol oynadığını bildirib.
Fariz Sərxanov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizin hərtərəfli sosial təminatla əhatə olunduğunu qeyd edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə "Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi" yaradılıb. Bu da şəhid ailələrinə və qazilərimizə növbəti qayğının ifadəsidir.
Kəngərli rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri, ehtiyatda olan zabit Rəşid Nağıyev və Vətən Müharibəsində iştirak etmiş qazilərimiz Azərbaycan Ordusunun nümayiş etdirdiyi mərdlik və qətiyyət barədə danışıb, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu diqqətə çatdırıblar.
Tədbirin bədii hissəsində Şərur rayon Mədəniyyət şöbəsinin "Arpaçay" instrumental ansambılı konsert proqramı ilə çıxış edib.
"Şərur" Xalq Yallı ansambılının çıxışları əsgər və zabitlərdə xoş ovqat yaradıb.
Əsgərlər də vətənpərvərlik ruhunda mahnılar səsləndirib qonaqlarla birlikdə rəqs ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı"
-
Yeni Qarabağ suvarma kanalının tikintisi nə vaxt başlayacaq? - Tarix açıqlandı
-
Buta Gallery-də “İki baxış. Bir dünya” sərgisi açılıb: iki fərqli yaradıcılıq aləminin görüşü - (Foto)
-
Azərbaycanın 7-ci İnnovasiya Həftəsində iştirak etmişdir - (Foto)
-
Səlim Abbasov: "Kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar” (Video)
-
Əməkdar artist: "Gizli ailə qurmuşam və qız anasıyam yazıblar" (Video)
XƏBƏR LENTİ
-
İspaniyada sürət qatarları toqquşdu - 46 nəfər öldü - (Video)
-
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı"
-
Yeni Qarabağ suvarma kanalının tikintisi nə vaxt başlayacaq? - Tarix açıqlandı
-
Buta Gallery-də “İki baxış. Bir dünya” sərgisi açılıb: iki fərqli yaradıcılıq aləminin görüşü - (Foto)
-
Azərbaycanın 7-ci İnnovasiya Həftəsində iştirak etmişdir - (Foto)
-
Səlim Abbasov: "Kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar” (Video)
-
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
-
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
-
Əməkdar artist: "Gizli ailə qurmuşam və qız anasıyam yazıblar" (Video)
-
“İranla münaqişə istədiyim vaxt bitəcək” – Tramp
-
Elektroskuter istifadəçilərinin diqqətinə: Cərimə ilə üzləşə bilərlər
-
Yasamalda məktəbli qızın faciəli ölümü - Hadisədən əvvəl nə deyib? - (Yenilənib)
-
Bakının 4 rayonunda işıqlar sönəcək
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
"Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur





