Ölkə

Dövlət orqanları: Dalğalar azalan kimi gəmilər Xəzərdə palçıq vulkanı baş vermiş əraziyə çıxacaq - VİDEO - FOTO

5 İyul 2021 10:41
Baxış: 1 967
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fövqəladə Hallar Nazirliyi ötən gün axşam saatlarında Xəzər dənizində palçıq vulkanının baş verdiyi ərazinin görüntülərini paylaşıb.

Milli.Az bildirir ki, görüntülər də təsdiq edir ki, hadisə təbii vulkan püskürməsidir, texnogen xarakterli deyil.

Dövlət orqanlarından bildirilib ki, hazırda hava küləklidir və güclü dalğalar gəmilərin sahilə yaxınlaşmasına imkan vermir. Dalğalar azalan kimi gəmilər də əraziyə çıxacaq.

Daşlı palçıq vulkan nəticəsində yaranmış adadır. Salyan və Neftçala arasında sahildən 30 km məsafədə yerləşir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.