Rusiyada sifarişlə adam öldürməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada sifarişlə törədilmiş qəsdən adam öldürmə faktı ilə bağlı istintaq edilmiş cinayət işi məhkəməyə göndərilib.
Baş prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 31 yanvar 2019-cu il tarixdə Rusiya Federasiyasının Arxangelsk vilayətinin Karqopol rayonu ərazisində Azərbaycan Respublikasının vətəndaşı Ruslan Hüseynovun sifarişlə qəsdən öldürülməsi faktı ilə bağlı Rusiyanın İstintaq Komitəsi tərəfindən başlanmış cinayət işi üzrə Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadənin iştirakları müəyyən edildiyindən, ayrılmış cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilmişdir.
İstintaqla müəyyən edilmişdir ki, Varis Səmədov yuxarıda qeyd edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs və onun yaxın qohumlarının şəxsi və ailə sirri olan foto və videoçəkilişlərini əldə edərək rüsvayedici məlumatlar yaymaq və şəxsiyyətləri üzərində zor göstərmək hədəsi ilə xüsusilə külli miqdarda əmlak tələb etmiş, habelə sifarişlə və hədə-qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə cinayətinin törədilməsi üçün qrup üzvlərinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmələrinə təşkil və rəhbərlik etmiş, bundan başqa sifarişlə qəsdən adam öldürmə cinayətini törətməsi üçün həmin cinayətə görə Rusiyada məhkum olunmuş Ruslan Tarasovla sövdələşərək onu cinayətin törədilməsinə təhrik etmişdir.
Cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadə cinayətin törədilməsində iştiraklarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 (cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 32.4 (təhrikçi), 32.5 (köməkçi), 120.2.1 (qəsdən adam öldürmə), 182.4 ( hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
XƏBƏR LENTİ
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı





