"Elə etmə səni də Nərmin kimi öldürüb, Kürə atım" - Tovuzda taksi sürücüsü 3 uşaq anasını zorladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonu Dondar Quşçu kənd sakini Ceyhun Əliyev (şərti) barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (Zorlama - öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az publika-ya istinadla xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə bəzi maraqlı məqamlar üzə çıxıb. Bəlli olub ki, 1982-ci il təvəllüdlü Ceyhun ailəlidir, onun zorladığı həmkəndlisi Arifə Məmmədova (şərti) isə 3 uşaq anasıdır və 2017-ci ildə rəsmi qaydada həyat yoldaşından boşanıb və övladları ilə birlikdə anasının evində yaşayır.
Hadisəyə gəlincə, 2019-cu ilin 15 dekabr tarixində özünə məxsus "VAZ 2106" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ceyhun onun maşınında müştəri olmuş Arifənin anasının nəqliyyat vasitəsində unutduğu çantasını vermək üçün onların evinə gəlib. Bu zaman Arifə həmkəndlisi və taksi sürücüsü kimi tanıdığı Ceyhuna çantanı qoyub getməsini və yarım saat sonra gələrək onu Qovlar şəhərinə aparmasını, uşaqlarının müəllimi ilə danışmağa gedəcəyini bildirib. Lakin yarım saat sonra zəng etsə də, Ceyhuna zəng çatmayıb. Başqa maşınla Qovlara gedən qadın daha sonra yenidən Ceyhuna zəng edərək onu kəndə qaytarmasını xahiş edib.
Zərərçəkən qadın ifadəsində bildirib ki, Ceyhun onu götürüb maşını hərəkətə gətirdikdən bir qədər sonra anası Püstənin (şərti) Kür çayının sahilindəki yerdə başqa bir şəxslə yeyib-içdiyini və sərxoş vəziyyətdə olmasını bildirib. Bunu eşidən Arifə sürücünün maşını həmin yerə sürməsinə etiraz etməyib. Lakin əsas yoldan çıxıb bir qədər hərəkət etdikdən sonra Ceyhun maşını saxlayaraq arxa tərəfə keçib və orada oturan müştərisinə onu çox bəyəndiyini, cinsi əlaqədə olmaq istədiyini deyib. Bunu eşidən qadın yumruqla Ceyhunun gözünə zərbə endirib. Ceyhun isə məqsədini həyata keçirməyə israr edib və Arifənin qarşıdan gələn Yeni il üçün uşaqlarına aldığı hədiyyələrin içindən şarı götürərək onun boğazına keçirib. Hadisədən bir müddət əvvəl yaşadıqları Dondar Quşçu kəndində 10 yaşlı Nərminin müəmmalı şəkildə yoxa çıxmasını xatırladan Ceyhun "Elə etmə səni də Nərmin kimi öldürüb, Kürə atım", deyərək qadına qarşı hədə-qorxu gəlib. Qadına qarşı eyni zamanda fiziki zor tətbiq edən şəxs onun müqavimətini qıraraq zorla cinsi əlaqədə olub.
Qorxu keçirən qadın Ceyhuna ondan şikayətçi olmayacağını deyərək onu evlərinə qaytarmasını xahiş edib. Arifənin sözlərinə inanan sürücü maşını kəndə doğru sürməyə başlayıb. Yolda olarkən Arifə Dondar Quşçu kəndinin polis sahə müvəkkilinə başına gələn hadisə barədə məlumat verib. Maşın Tovuzun Əlimərdanlı və Hunanlar kəndi arasında hərəkətdə olarkən polislər onları saxlayıb.
İstintaq materiallarından məlum olur ki, Ceyhun Əliyev tutularkən Nərminin qətlinin üstü hələ açılmayıbmış və o da bu hadisə barədə sorğu-sual edilib. Zorlama olayından təmixənən 20 gün sonra isə kənd ərazisində Nərminin yanmış meyiti tapılıb və qətlin başqa şəxs tərəfindən törədildiyi üzə çıxıb.
Məhkəmənin hökmü ilə zorlamada təqsirli bilinən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
XƏBƏR LENTİ
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)





