Ölkə

Ombudsman: Erməni uşaqları işğalçılıq ruhunda tərbiyə olunur - VİDEO

30 May 2021 14:47
Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməklə kifayətlənmir, eyni zamanda onları bu ruhda tərbiyə edir.

Ombudsman Aparatından Milli.Az-a verilən məlumata görə, paylaşılan video erməni uşaqlarının kiçik yaşlardan işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük ruhunda, aqressiv formada tərbiyə olunmasının daha bir sübutudur. Belə ki, Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunması qadağandır.

Azərbaycan Ombudsmanı tərəfindən bu və ya digər faktlar barədə insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.