Ölkə

Kafedə toy yarımçıq qaldı, qonaqlar cərimələndi

13 Aprel 2021 17:09
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Cəyirli kəndi ərazisində yerləşən "Blue River" kafesində toy mərasiminin keçirildiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, həmin obyektə baxış keçirən zaman icarədar İlqan Rəhimovun Göyçay şəhər sakini Eldəniz Yaqubovun oğluna toy məclisi təşkil etməsinə şərait yaratdığı məlum olub.

Polislər tərəfindən icarədar, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.