Ölkə

Polis nişan və yas mərasimlərinin keçirilməsinin qarşısını aldı

11 Aprel 2021 09:19
Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samux rayon Polis Şöbəsinə (RPŞ) rayonun Nəbiağalı qəsəbəsində nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsi dayandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə,  mərasim iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. 

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 7 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Davam etdirilən tədbirlərlə rayonun Çobanabdallı kəndində də yas mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib. 

Bundan başqa  rayonun Sərkar kənd sakininə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq  yas mərasimi keçirməsi aşkar edilərək, mərasim dayandırılmış, iştirakçılarla bir daha profilaktiki söhbətlər aparılaraq barələrində inzibati tədbir görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.