Ölkə

Məktəblər açılmayacaq - Dərslər bir də... - AÇIQLAMA

2 Aprel 2021 13:30
Baxış: 7 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aprel ayının 5-dən etibarən yalnız orta məktəblərdə dərslər distant formada tədris olunacaq".

Bunu Milli.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, ənənəvi formada dərslərin bərpası sentyabrın 15-dən olacaq:

"Fikrimcə bu tədris ilinin sonuna qədər dərslər distant formada da davam edəcək. Yəni məktəblərin bir daha yenidən bərpa olunmasını gözləmirəm. Çünki tədris ilinin başa çatmasına 2 ay 10-12 gün vaxt qalıb. Bu müddətə qədər əslində dərsləri ənənəvi formada davam etdirmək də olardı. Amma bunu etmədilərsə, deməli bu tədris ili sona qədər onlayn formada davam edəcək. 

Ümumiyyətlə bütün təhsil pillələri üzrə ənənəvi formada dərslərin bərpası 2021-ci ilin yeni təhsil ilinin başlanğıcında, yəni sentyabrın 15-dən mümkün ola bilər. O vaxta qədər isə təəssüflər olsun ki, dəsrlər distant formada davam edəcək".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.