"Peyvəndləmə prosesini sürətləndirməliyik, əks halda 6 aya..." - Şöbə müdiri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəsmi mənbələrin açıqlamasına görə 18.01.2021 tarixdən 06.02.2021 tarixə qədər, yəni 20 gün ərzində ölkəmizdə 65 min nəfər COVİD-19 xəstəliyinə qarşı peyvənd edilib. Yəni, hər 10 günə təqribən 32 500 şəxs peyvəndlənib. Bu minvalla 30 günə, yəni 1 aya 97 500 nəfər peyvəndlənəcək.
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.

Şöbə müdiri bildirib ki, vaksinasiya etdirməyə gecikdiyimiz hər ay üçün dövlət büdcəsindən təqribən 5 milyon AZN əlavə pul xərclənməlidir:
"Kollektiv immunitetin yaranması üçün bundan 100 dəfə çox sayda, yəni 6.5 milyon insanın peyvənd edilməsi lazımdır. Əgər 20 gün ərzində 65 000 şəxs peyvənd edilibsə, təqribi hesablasaq, onda 200 gün ərzində 650 000 şəxs və 2 min gün ərzində 6 milyon 500 min insan peyvəndlənəcək.
2000 gün təqribən 66 ay edir, 66 ay isə 5,5 il edir. Nəzərə alsaq ki, peyvənd edilən insanda yaranan immunitet onu COVİD 19-dan cəmi 6 ay qoruyur, sonra o şəxs təkrar yoluxa bilir, o zaman biz 6 ay ərzində təqribən 6.5 milyon insana peyvənd etməliyik. 6 ay ərzində bunu edə bilməsək, o zaman 7-ci ay ilk ayda peyvəndlənən 97 500 şəxsi yenidən daha 2 doza peyvəndləməliyik, bu da 195 000 doza peyvənd edir. Yəni, 6 ay ərzində 6.5 milyon şəxsi peyvənd edə bilməsək, növbəti gecikdiyimiz hər aya görə əlavə 195 000 doza peyvənd almalıyıq. 1 doza sinovac/coronavac peyvəndi 15 dollar, 2 doza 30 dollar, yəni bir şəxsə 2 doza - 30 dollarlıq peyvənd edilməlidir (97 500 x 30 = 2 925 000$ = 4,972,500 AZ və ya 195 000 x 15 = 2 925 000$ = 4,972,500 AZN).

Gecikdiyimiz hər ay üçün dövlət büdcəsindən təqribən 5 milyon AZN əlavə pul xərcləməliyik (dolların hazırkı kursuna əsasən). 5 ildə 60 ay var, 60 x 5 000 000 = 300 milyon AZN, böyük məbləğdir. Ona görə də peyvəndləmə prosesini sürətləndirmək, qısa müddət ərzində daha çox sayda əhali kəsimini peyvənd etmək daha məqsədəuyğun olar və karantin rejimləri daha tez bitər, faliyyəti dayandırılmış sahələrin fəaliyyəti daha tez bərpa edilər. Bunun üçün həm də əhali olaraq peyvəndlənmə üçün daha çox müraciət etməliyik".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı açıqlama
-
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir
-
İrem Dericinin nişanlısı tutuldu
-
Sumqayıt sakini bıçaqlandı - 71 yaşlı atası saxlanıldı
-
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib
-
Qırğızıstanda folqa fabrikində yanğın baş verib
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Yaponiyanın ən yaşlı sakini vəfat edib
-
Hövsanda su kəsiləcək
-
Paytaxtda sürücülərə xəbərdarlıq: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
-
Bişkekdə Prezident İlham Əliyevin Məsud Pezeşkianla görüşü olub - (Foto)
-
Tramp: ABŞ İranın hücumlarına cavab verəcək
-
“Borussiya Dortmund”dan “Sabah”la bağlı paylaşım – (Foto)
-
Ruzbeh Gülümov vəzifəsindən ayrılıb
-
Ərdoğan da Bişkekdədir
-
Təlim zamanı ayı xidmətçiyə hücum etdi – (Video)
-
Putin və Si Cinpin görüşdü
-
Bakıda restoranda iki qardaşı bıçaqlayan şəxsə hökm oxundu
-
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib
-
Nepalda ölənlərin sayı 919-a çatdı
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər
-
Autizmli uşağı döyən psixloqla bağlı rəsmi açıqlama
-
Bakıda endirim izdihamı müzakirə yaratdı - (Video)





